TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
Prezident İlham Əliyev Bakıdakı 251 nömrəli məktəbdə aparılan əsaslı təmir işləri ilə tanış olub, bu təhsil ocağının yeni korpusunun açılışında iştirak edib
Bakı, 7 sentyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də paytaxtın Nizami rayonunda 251 nömrəli tam orta məktəbdə aparılan əsaslı təmir işləri ilə tanış olub, bu təhsil ocağının yeni korpusunun açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına məktəbdə yaradılan şərait barədə məlumat verildi. Bildirildi ki, 1974-cü ildən fəaliyyətdə olan məktəbdə ümumilikdə 1700-ə yaxın şagird təhsil alır. Onların da təxminən yarısı ikinci növbədə dərsə gəlirdi. Böyük sıxlıq var idi. Yeni korpus bu problemi aradan qaldıracaq. Yeni korpus 840 şagird yerlikdir. Burada kimya, fizika, biologiya laboratoriyaları, 35 sinif otağı, kitabxana, oxu zalı və yardımçı otaqlar var. Məktəbin şagirdləri də uğurları ilə fərqlənirlər. Onlar Rumıniyada, Türkiyədə keçirilən müsabiqələrin qalibləri olublar.
 
UNEC-in yenidən inşa olunan 3 saylı tədris korpusu istifadəyə verilib Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər
Bakı, 3 sentyabr, AZƏRTAC Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Bakının Yasamal rayonundakı 3 saylı tədris korpusu yenidən inşa olunaraq istifadəyə verilib. AZƏRTAC xəbər verir ki, sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Murtuza Muxtarov küçəsində yerləşən yeni tədris korpusunun açılışında iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım tədris korpusunda yaradılan şəraitlə tanış oldular. Təhsil naziri Emin Əmrullayev və UNEC-in rektoru Ədalət Muradov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya görülən işlər barədə məlumat verdilər. Bildirildi ki, tikintisinə 2018-ci ildən başlanılan və müasir standartlara cavab verən yeni tədris korpusu köhnə binanın fasadı saxlanılmaqla inşa edilib. Müasir kampus standartlarına cavab verən, modern memarlıq elementləri ilə zəngin olan, 4 binadan ibarət yeni tədris korpusunda texniki və texnoloji ixtisaslar üzrə 3 min tələbə təhsil ala biləcək. Binada 30 auditoriya, 6 mühazirə, 6 linqafon otağı, ən müasir texnoloji avadanlıqla təchiz olunan 14 laboratoriya, geniş idman zalı, ikimərtəbəli kitabxana, böyük və kiçik konfrans zalları var. Burada təlim-tədrisi yüksək səviyyədə aparmaq üçün hərtərəfli şərait yaradılıb.
 
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ADA Universitetinin iki yeni korpusunun açılışında iştirak ediblər
Bakı, 4 sentyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 4-də ADA Universitetinin iki yeni korpusunun açılışında iştirak ediblər. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım universitetin kampusunda yerləşən parkda yaradılan şəraitlə də tanış olublar. ADA Universitetinin rektoru Hafiz Paşayev Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya yeni korpuslarda yaradılan şərait barədə məlumat verdi. Bildirdi ki, yeni korpusların inşası 2016-2019-cu illər ərzində aparılıb. Yeni korpuslarda təlim-tədrisin ən müasir səviyyədə aparılması üçün bütün imkanlar var. Burada 535 nəfərlik akt zalı, 42 sinif otağı, 18 qrup otağı, 3 laboratoriya, kitabxana, kafe müəllim və tələbələrin ixtiyarına veriləcək. Sinif otaqları tərcümə sistemi, smart lövhə və digər zəruri tədris avadanlığı ilə təchiz olunub. Bu korpuslarda server otaqları da mövcuddur. Server otaqlarından bütün tədris prosesləri dəstəklənir. Burada 42 otaqda smartkodlar quraşdırılıb, avadanlıqlar, kompüterlər var. Bu avadanlıqlar vasitəsilə tələbələr həm onlayn şəkildə təhsil ala biləcəklər, yəni, müəyyən mühazirələr videoformatda təqdim olunacaq, həm də canlı dərslər keçiriləcək. Yeni istifadəyə verilən korpusların birində ADA Universitetinin Dövlət və ictimai münasibətlər, Biznes-iqtisadiyyat fakültələri yerləşir. Təkcə bu korpusda 1500-ə yaxın tələbə, o cümlədən 45 ölkə vətəndaşı təhsil alır. İndiyədək ADA Universitetində 2000 diplomat və dövlət qulluqçusu təlim keçib. Yeni inşa olunan digər korpusda isə ADA Universitetinin 2019-cu ildə fəaliyyətə başlayan kollec tipli ADA Məktəbi yerləşir. ADA Məktəbində 500-ə yaxın X və XI sinif şagirdi Azərbaycan və ingilis dillərində təhsil alır. Dövlətimizin başçısı və birinci xanım ADA Universitetinin kampusunda yerləşən parkda yaradılan şəraitlə də tanış oldular. Bildirildi ki, ümumi ərazisi 4 hektardan artıq olan parkın əsas hissəsi yaşıllıq zonasıdır. Burada 280 bitki növü əkilib. Orijinal üslubda yaradılan bu istirahət məkanında təbii ekoloji mühit maksimum qorunub. Parkda göllər də yaradılıb. Universitetin rektoru Hafiz Paşayev Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya bu ali təhsil müəssisəsinin gələcək iş planı barədə məlumat verdi. ADA Universitetinin perspektiv planlarına gəldikdə qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari il fevralın 19-22-də İtaliya Respublikasına rəsmi səfəri zamanı humanitar və təhsil sahəsində əməkdaşlıq barədə müzakirələr aparılıb, sənədlər imzalanıb. Razılaşdırılıb ki, Bakıda İtaliya-Azərbaycan Universiteti təsis olunsun və bu təhsil ocağının yaradılması ADA Universiteti ilə birlikdə həyata keçirilsin. Universitetin inkişaf planına uyğun olaraq yeni təhsil ocağının istiqamətləri hazırlanmış konseptual sənədlərdə öz əksini tapıb. Yeni universitetdə Azərbaycanın iqtisadiyyatı üçün vacib olan elektrik mühəndisliyi, su təsərrüfatı mühəndisliyi, nəqliyyat mühəndisliyi, kənd təsərrüfatı və qida biznesinə aid sahələr, arxitektura və dizayn peşələri, menecment, marketinq və digər sahələr üzrə kadrlar hazırlanacaq. Beləliklə, ADA Universitetində təhsil infrastrukturunun modernləşdirilməsi konsepsiyası müasir trendləri əhatə etməklə gələcəyə istiqamətlənib.
 
Birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyev Fondunun başlatdığı qanvermə aksiyasına könüllü qoşulanlara təşəkkür edib
Bakı, 16 aprel, AZƏRTAC Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində paylaşım edərək, Heydər Əliyev Fondu tərəfindən başlanılmış qanvermə aksiyasına könüllü qoşulanlara təşəkkürünü bildirib. AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Azərbaycan xalqının hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olması, əl-ələ verərək çətinlik və sınaqlardan birlikdə üzüağ çıxması bizim ən gözəl xüsusiyyətlərimizdən biridir. İrsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara kömək məqsədilə Heydər Əliyev Fondu tərəfindən başlanılmış qanvermə aksiyasına könüllü olaraq çoxsaylı vətəndaşlarımızın qoşulması bunu bir daha göstərdi. Bu nəcib təşəbbüsə qoşulan hər kəsə dərin minnətdarlığımı bildirirəm. Hamıya möhkəm cansağlığı arzulayıram. Qoy, xoş əməllərin sayı artsın! Uca Tanrı sizi qorusun!”.
 
Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə bayrağının videoproyeksiya edilməsi qardaş ölkə KİV-lərinin diqqətində olub
Ankara, 13 aprel, AZƏRTAC Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 11-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə Respublikasının bayrağının bu ölkənin musiqisinin müşayiəti ilə videoproyeksiya olunması Türkiyənin və Şimali Kiprin aparıcı KİV-ləri tərəfindən geniş şəkildə işıqlandırılıb. AZƏRTAC xəbər verir ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu yayımın ilk anlarından videoproyeksiyanı sosial şəbəkədə xoş sözlərdən ibarət mətinlə paylaşıb. Prosesi böyük sevgi ilə qarşılayan ölkə ictimaiyyətinin nümayəndələri bunu Azərbaycan-Türkiyə qardaşlığına daha bir bariz nümunə kimi dəyərləndiriblər. Qardaş ölkənin Anadolu Agentliyində, “trthaber”, “akşam” , “milliyet”, “kibrisadahaber”, “sabah”, “yesiligdir”, “yenişafak”, “hürriyet” və digər saytlarında Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə bayrağının videoproyeksiya edilməsi ilə bağlı informasiyalar yerləşdirilib. Sabir Şahtaxtı AZƏRTAC-ın xüsusi müxbiri Ankara
 
<< Başlat < Önceki 1 2 3 4 5 6 7 8 9 10 Sonraki > Son >>

Sayfa 1 > 1751
  TKA 2008