TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
Heydər Əliyev: Böyük ömrün anları
Bakı, 11 dekabr, AZƏRTAC Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin cismani yoxluğundan 14 il ötür. Bu illər ərzində həyatımızda çox şey dəyişib. Azərbaycan 14 il əvvəlki Azərbaycan deyil. Onun simasına hər il yeni naxışlar vurulur: şəhər və kəndlərimiz abadlaşır, möhtəşəm binalar ucaldılır, fabrik və zavodlar tikilir, yeni yollar çəkilir, bağ və parklar salınır. Azərbaycan bu gün qlobal layihələrin təşəbbüskarı və iştirakçısıdır: Azərbaycan qazını Avropaya çatdıracaq TANAP və TAP boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub nəqliyyat dəhlizi... Vaxtilə xəyal hesab olunanlar reallığa çevrilir: Azərbaycanın səsi mötəbər beynəlxalq kürsülərdən daha gur eşidilir, bayrağımız daha uca zirvələrdə dalğalanır. İllər çox şeyi dəyişib. Fəqət, sevgi dəyişmir: söhbət Heydər Əliyevə olan tükənməz sevgidən, xalqın öz böyük oğlunun xatirəsinə sonsuz hörmət və ehtiramından gedir. Heydər Əliyev aramızda olmasa da, ideyaları yaşayır və gələcəyə aparan yolumuzu işıqlandırır. Ulu Öndərə bəslənilən ümumxalq sevgisi ilin iki günündə - dekabrın 12-də və mayın 10-da özünü daha qabarıq büruzə verir. Heydər Əliyevin vəfat etdiyi gün və doğum günü onun uyuduğu Fəxri xiyabanda böyük izdiham yaşanır. On minlərlə insan Ulu Öndərin xatirəsini hörmət və ehtiramla yad edir. Azərbaycanın ən yeni tarixi Heydər Əliyevin adı ilə bağlıdır. İntibah və milli şüurun oyanışı onun hakimiyyətə gəlişi ilə başlayıb. Müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter alıb. İmzalar içərisində millətimizin də imzasının görünməsi, Azərbaycanın inamla beynəlxalq arenaya çıxması, söz və nüfuz sahibi olması onun xidmətidir. Bir cümlə ilə ifadə etməli olsaq, bugünkü Azərbaycan üçün Heydər Əliyevə borcluyuq. Daha qlobal miqyasda baxılarsa, Heydər Əliyev hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş nadir şəxsiyyətlərdən, dövlət xadimlərindən biridir. Dünyanın məşhur simalarının onun barəsində necə heyranlıqla, ehtiramla danışdıqlarının canlı şahidiyik. Heydər Əliyev siyasət aləminin patriarxı, tarixin gedişinə təsir göstərmək qüdrətinə, polad iradəyə malik yenilməz şəxsiyyət kimi səciyyələndirilir. Naxçıvanda sadə bir ailədə dünyaya gələn bu böyük insanın siyasət olimpinə yolu təlatümlərdən, çətin sınaqlardan, aramsız mübarizələrdən keçib. Heydər Əliyev ömrü insan iradəsinin yenilməzliyinə, qalib gəlmək əzminə parlaq nümunədir. Onun keçdiyi böyük ömür yolu zaman və məkan anlayışına sığmır. Bu barədə çox yazılıb, çox deyilib. Odur ki, diqqəti Heydər Əliyevin xalqına bağışladığı ömrün ayrı-ayrı məqamlarını, tarixi anları əks etdirən fotoşəkillərə yönəltmək istərdik. AZƏRTAC-ın arxivində qorunub saxlanılan çoxsaylı fotolardan nurlu, bəzən gülümsər, bəzən qayğılı və düşüncəli sima boylanır. Biz Heydər Əliyevi ailə üzvləri arasında, iş başında, müxtəlif tədbirlərdə, insanlar arasında görürük. Bu tarixi fotolar bizi illər öncəyə çəkib aparır, ötən günlərə qaytarır. Baxıb təsirlənir, xatirələrə dalırıq. MORE :https://azertag.az/xeber/Heyder_Aliyev_Boyuk_omrun_anlari__FOTOKOMPOZISIYA-1119692
 
Prezident İlham Əliyev Rusiya Dövlət Dumasının nümayəndə heyətini qəbul edib
Bakı, 11 dekabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, parlamentlərarası əməkdaşlığın əlaqələrimizin möhkəmlənməsində rolu qeyd edildi. Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi ilə Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin birgə komissiyasının Bakıda keçirilən iclasının bu əməkdaşlığa verdiyi töhfəni vurğuladı. Dövlətimizin başçısı parlamentlər səviyyəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini bildirdi. Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodinın salamlarını dövlətimizin başçısına çatdırdı. Qonaq Azərbaycana gəldiyi ilk gündən Bakıda gedən inkişaf proseslərinin onlarda dərin təəssürat doğurduğunu dedi. Dekabrın 12-də ulu öndər Heydər Əliyevin anım gününün qeyd olunacağını vurğulayan Leonid Kalaşnikov bildirdi ki, bu böyük şəxsiyyətin xatirəsi Rusiyada bu günə kimi dərin hörmətlə yad edilir. Dövlətimizin başçısı İlham Əliyev Vyaçeslav Volodinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Dövlət Dumasının sədrinə çatdırmağı xahiş etdi.
 
Astanada Heydər Əliyev Muzeyi açılıb
Astana, 10 dekabr, АZƏRTAC Astanada Azərbaycanın Qazaxıstandakı səfirliyində Heydər Əliyev Muzeyinin açılışı keçirilib. AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları muzeydə ulu öndər Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən foto və sənədlərin sərgisi ilə tanış olublar. Muzeydə sərgilənən foto və eksponatlar ümummilli lider Heydər Əliyev şəxsiyyətinin ucalığını, dünya siyasətindəki yerini və rolunu, türk dünyası qarşısında misilsiz xidmətlərini, Azərbaycandakı tarixi xilaskarlıq missiyasını tərənnüm edir.
 
Astanada ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
Astana, 9 dekabr, АZƏRTAC Astanada Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anım günü keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqının üzvləri, “Xəzər” Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələri, Qazaxıstanda Axıska türkləri diaspor təşkilatının təmsilçiləri və jurnalistlər iştirak ediblər. Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin səfirliyin foyesindəki büstü önünə gül dəstələri qoyublar. Sonra Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif sahələrini əhatə edən fotosərgi ilə tanışlıq olub. Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov çıxış edərək Ulu Öndərin Azərbaycan dövlətinin qurulmasında, qüdrətlənməsində, müstəqilliyinin möhkəmləndirilməsində müstəsna xidmətlərindən danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi sülh strategiyası, mehriban qonşuluq və dostluq siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Səfir vurğulayıb ki, Azərbaycan xalqı Ulu Öndərin tarixi xidmətlərini heç zaman unutmayacaq, onun əziz xatirəsini daim uca tutacaq. Diplomat qeyd edib ki, bu gün ulu öndər Heydər Əliyev haqqında filmlər çəkilir, kitablar yazılır. Bütün dünya xalqlarının liderləri Heydər Əliyevin dövlət quruculuğundakı xidmətlərini yüksək qiymətləndirirlər. Azərbaycan ilə Qazaxıstanın beynəlxalq arenada birgə fəaliyyət göstərdiyini və əməkdaşlıq etdiyini vurğulayan səfir Rəşad Məmmədov deyib ki, məhz bu cür strateji yanaşma nəticəsində ölkələrimiz arasında illər ərzində heç bir problem yaşanmayıb. Bu yaxınlarda Azərbaycan və Qazaxıstan Hökumətlərarası İqtisadi Məsələlər Komissiyasının 14-cü iclasının yekun sənədlərinin, əməkdaşlığın “Yol xəritəsi”nin imzalanması da iki ölkə liderlərinin siyasi kursunun nəticəsidir. Azərbaycan-Qazaxıstan münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə çatdırılması ümummilli lider Heydər Əliyevin, millətin lideri Nursultan Nazarbayevin və Azərbaycan Prezidenti İlham Əliyevin çox böyük xidmətləridir. Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqının sədri Vidadi Salahov, “Xəzər” Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Vidadi Ağayev və nümayəndəsi Səyyaf İsmayılov çıxış edərək bildiriblər ki, Azərbaycan diasporunun inkişafı, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dünyanın hər yerində təntənə ilə qeyd olunması da Ulu Öndərin adı ilə bağlıdır. Milli birliyin ideoloji əsası olan azərbaycançılıq ideyası və məfkurəsi məhz dahi rəhbər Heydər Əliyev tərəfindən formalaşdırılıb. Sonda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Əbədiyyət” sənədli filmi nümayış olunub.
 
Türkiyə daxili polad magistrallarını Bakı-Tbilisi-Qars dəmir yoluna birləşdirəcək
İstanbul, 9 dekabr, AZƏRTAC Türkiyənin daxili polad magistralları Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə birləşdiriləcək. AZƏRTAC xəbər verir ki, Ankara və Sivas şəhərləri arasında 603 kilometrlik dəmir yolu çəkilir. Bu yolla sürət qatarları məsafəni 2 saata qət edəcək. İstanbul-Sivas yolunda isə hərəkət 5 saata başa çatacaq. Yaxın gələcəkdə tikintisi planlaşdırılan Sivas-Ərzincan-Ərzurum xəttinin Bakı-Tbilisi-Qars dəmir yoluna birləşdirilməsi nəzərdə tutulur.
 
<< Başlat < Önceki 1 2 3 4 5 6 7 8 9 10 Sonraki > Son >>

Sayfa 3 > 1714
  TKA 2008