TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
Azərbaycan Prezidenti: Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaq
Türkiyə son illər ərzində çox böyük və şərəfli yol keçmişdir. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə dünya miqyasında böyük gücə çevrilibdir. Türkiyənin iştirakı olmadan dünyada heç bir məsələ həll oluna bilməz. Yaşadığımız bölgənin tarixi və bu günü bunu əyani şəkildə göstərir. Türkiyənin siyasi imkanları genişlənir, dünyadakı oynadığı rol artır və bu, bizi çox sevindirir. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaqdır. AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakı şəhərinin işğalından azad edilməsinin 100 illiyinə həsr olunmuş paraddakı çıxışında deyib. Türkiyənin böyük iqtisadi gücə malik ölkə olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib ki, Türkiyə iqtisadiyyatına milyardlarla dollar xarici sərmayə qoyulması təsadüfi deyil. Təkcə Azərbaycanın Türkiyəyə qoyduğu və qoyacağı sərmayə 20 milyard dollara bərabərdir. Türkiyənin çox güclü orduya malik olduğunu da diqqətə çatdıran Prezident İlham Əliyev deyib ki, bu həm Türkiyə, həm də Azərbaycan üçün qürur mənbəyidir. “Bütün bu uğurlar yalnız güclü liderin yorulmaz fəaliyyəti və xalqın Rəcəb Tayyib Ərdoğana olan dəstəyi nəticəsində mümkün olmuşdur. Bu gün mən Azadlıq meydanından bütün bu uğurlar münasibətilə Türkiyə Cümhuriyyətinin Prezidentini və bütün türk xalqını ürəkdən təbrik etmək istərdim”, - deyə Azərbaycan Prezidenti bildirib.
 
Rəcəb Tayyib Ərdoğan: Dağlıq Qarabağ məsələsi Türkiyə üçün də eyni dərəcədə ağrılı problemdir
Azərbaycanın sevinci bizim sevincimizdir, qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, problemi də bizim problemimizdir. Azərbaycan kədərlənərsə, biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik. AZƏRTAC xəbər verir ki, Bakı şəhərinin işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş paraddakı çıxışında bu barədə danışan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsinin Türkiyə üçün də eyni dərəcədə ağrılı problem olduğunu bildirib. Problemin həlli üçün Azərbaycanın göstərdiyi səyləri Türkiyənin sonadək dəstəkləməyə davam edəcəyini vurğulayan Rəcəb Tayyib Ərdoğan deyib: “İllərdir vətən həsrəti ilə ömür sürən bir milyondan çox qardaşımızın intizarına artıq son qoymaq vaxtıdır. Qardaş Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayanların, bir milyondan çox qardaşımızın öz vətəninə qayıtmasına mane olanların bizdən sərhədlərimizi açmağımızı gözləmələri əbəsdir. Türkiyənin bu məsələdə mövqeyi məlumdur, aydındır, dəqiqdir”. Prezident Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Dağlıq Qarabağ probleminin həlli Türkiyənin Ermənistanla əlaqələrinin bərpasının ən vacib şərtidir və bunu hamı bilməlidir. “Türkiyə əsgərləri bu gün burada Azərbaycan əsgərləri ilə çiyin-çiyinə bundan 100 il əvvəl birlikdə qazanılan böyük qələbənin ildönümünü qeyd edirlər. Bu bayram gələcək nəsillərə ötürəcəyimiz ən böyük ərməğandır. Bir əsr əvvəl bu torpaqlarda minlərlə şəhidimizin qanı ilə yazılan dastanın unudulmasına və unutdurulmasına qətiyyən imkan verməyəcəyik”, - deyə Türkiyə Prezidenti vurğulayıb.
 
Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm parad keçirilib
Bakı, 15 sentyabr, AZƏRTAC Sentyabrın 15-də Azərbaycan paytaxtının Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva paradda iştirak ediblər. Bu gün Azərbaycan Respublikasının paytaxtı Bakı öz tarixinin ən əlamətdar günlərindən birini yaşayır. Düz 100 il əvvəl - 1918-ci il sentyabrın 15-də Bakı tarixində ilk dəfə Azərbaycanın paytaxtı statusunu alaraq Qafqaz İslam Ordusu və Azərbaycan milli ordu birləşmələrinin zəfərini bayram edirdi. Həmin gün indi yenidən təkrarlanır. Qardaşlığın, sədaqətin rəmzinə çevrilən bu zəfər bayramı ümummilli liderimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının fəlsəfəsini yetərincə əks etdirir və Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının sarsılmaz, həm də əbədi olduğunu göstərir. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan və Türkiyə prezidentlərinə raport verdi. Dövlət başçıları əsgərləri salamladılar. Hərbi orkestr Türkiyənin və Azərbaycanın dövlət himnlərini ifa etdi. Sonra sözləri görkəmli Azərbaycan şairi Əhməd Cavada, musiqisi dahi bəstəkar Üzeyir Hacıbəyliyə məxsus “Çırpınırdın Qara dəniz” mahnısı səsləndirildi. Daha sonra ölməz sənətkar Müslüm Maqomayevin ifasında məşhur “Azərbaycan” mahnısının sədaları “Azadlıq” meydanına yayıldı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev paradda çıxış etdi. MORE:https://bit.ly/2xlMb5P
 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
Bakı, 15 sentyabr, AZƏRTAC Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın 15-də rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verdi. Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamladı. Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Rəcəb Tayyib Ərdoğana, Türkiyə Respublikasının nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçdi. Dövlət başçıları rəsmi foto çəkdirdilər.
 
Tehranda OANA İcraiyyə Komitəsinin 43-cü iclasının rəsmi açılışı olub
Sentyabrın 3-də İran İslam Respublikasının paytaxtı Tehran şəhərində Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin 43-cü iclasının rəsmi açılış mərasimi keçirilib. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iclasda İranın İRNA Dövlət Agentliyinin baş direktoru Seyid Ziya Haşemi, bu ölkənin mədəniyyət və islami irşad naziri Abbas Salehi, AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın prezidenti Aslan Aslanov və Bolqarıstanın BTA Agentliyinin baş direktoru, 2019-2022-ci illərdə Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik edəcək Maksim Minçev çıxış etdilər. Sonra İcraiyyə Komitəsinin sessiyası işə başladı. Sessiyada Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktoru Sergey Mixaylov, baş direktorun birinci müavini Mixail Qusman, Vyetnamın VNA Xəbər Agentliyinin baş direktoru Nguyen Duk Loi, Qətərin QNA Agentliyinin baş direktoru Yusif İbrahim əl-Maliki, həmçinin Türkiyənin Anadolu, Cənubi Koreyanın Yonhap, Çinin Sinxua, Yaponiyanın Kyodo, Monqolustanın MONTSAME, Bəhreynin BNA, İndoneziyanın ANTARA və Malayziyanın Bernama agentliklərinin rəhbərləri və nümayəndələri iştirak ediblər. Qurumun baş katibi Vüqar Seyidovun moderatorluğu ilə keçən işçi iclasda AZƏRTAC tərəfindən OANA-nın işinin təkmilləşdirilməsi istiqamətində irəli sürülən təkliflər müzakirə edildi. Müzakirələr zamanı bir sıra agentliklər bu təkliflərin OANA-nın işinin səmərəliliyini artıracağına əminliklərini bildirdilər, onların qəbul olunmasına razılıqlarını ifadə etdilər. Yonhap agentliyinin beynəlxalq əlaqələr departamentinin direktoru xanım Kim Jinhyunq iclasda çıxış edərək OANA-nın Baş Assambleyasının 2019-cu il noyabrın 6-9-da Seul şəhərində keçirilməsi üçün ciddi hazırlıq işlərinin aparıldığını dedi. Tədbirdə, həmçinin İranın İRNA agentliyinin 2022-ci ildə OANA-ya prezidentliyi məsələsi də müzakirə olundu. Bu təşəbbüs İcraiyyə Komitəsinin üzvləri tərəfindən qəbul olundu və səsə qoyulması üçün OANA-nın Baş Assambleyasına təqdim ediləcəyi bildirildi. VNA agentliyinin baş direktoru Nguyen Duk Loi çıxış edərək dedi ki, Vyetnam hökuməti OANA İcraiyyə Komitəsinin 2019-cu il aprelin 18-21-də Hanoyda keçirilməsini təklif edir. Həmçinin Monqolustanın MONTSAME Milli Xəbər Agentliyinin OANA İcraiyyə Komitəsinə 2020-ci ildə ev sahibliyi etmək istədiyi, Türkiyənin Anadolu agentliyinin də belə tədbirin keçirilməsində maraqlı olduğu bildirildi.
 
<< Başlat < Önceki 1 2 3 4 5 6 7 8 9 10 Sonraki > Son >>

Sayfa 8 > 1750
  TKA 2008