TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
Georgi Tsereteli: Azərbaycan ATƏT üçün ən dəyərli ölkələrdən biridir
Bakı, 12 mart, AZƏRTAC Martın 12-də Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) daimi nümayəndə heyətinin üzvləri qurumun ölkəmizdə səfərdə olan sədri Georgi Tseretelinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər. AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin müavini, ATƏT PA-da nümayəndə heyətimizin rəhbəri Bahar Muradova ATƏT-Azərbaycan əməkdaşlığından ətraflı söhbət açıb. Qeyd olunub ki, ölkəmiz ATƏT-in bərabərhüquqlu üzvü olmaqla yanaşı, təşkilatın dəyərlərinin fəal təbliğatçısıdır. Son zamanlar ATƏT çərçivəsində keçirilən tədbirlərdə Azərbaycan nümayəndə heyətinin təklifləri böyük diqqətlə dinlənilir. Bahar Muradova buna görə təşkilat rəhbərliyinə minnətdarlığını ifadə edib. Ümumi hədəflərə nail olmaq üçün qurumla əməkdaşlığın dərinləşdirilməsinin faydalı olduğu diqqətə çatdırılıb. Sonra vitse-spiker aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlıqlarla bağlı məlumat verib. O, şəffaf, ədalətli və demokratik seçkilərin keçirilməsi üçün ölkədə hər cür şəraitin yaradıldığını bildirib, ATƏT-in müşahidəçi missiyasının seçkiləri izləyəcəyindən məmnunluq duyduğunu deyib. ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli səmimi görüş və qonaqpərvərlik üçün minnətdarlığını bildirib. Qonaq gürcü xalqının nümayəndəsi kimi Bakıda hər zaman özünü öz evindəki kimi hiss etdiyini xüsusi fərəh hissi ilə bildirib. Bu dəfə ölkəmizə ATƏT-in İpək Yoluna Dəstək Qrupunun Bakıda keçiriləcək “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlamentlərin rolu” mövzusunda konfransında iştirak etmək məqsədilə gəldiklərini deyib. O, Azərbaycanın ATƏT üçün ən dəyərli ölkələrdən biri olduğunu söyləyib və münasibətlərin uğurlu davamına təkan verməkdə, əməkdaşlığımızın daha da möhkəmlənməsində maraqlı olduqlarını vurğulayıb. Söhbət zamanı qarşılıqlı əhəmiyyət kəsb edən bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.
 
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb
Bakı, 12 mart, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Baş nazir Giorgi Kvirikaşvilini qarşıladı. Sonra rəsmi foto çəkdirildi. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə görüşü oldu. Prezident İlham Əliyev dedi: -Hörmətli cənab Baş nazir. Mən sizi səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Əminəm ki, sizin səfəriniz Gürcüstan-Azərbaycan dostluq, qardaşlıq münasibətlərinin inkişafında mühüm rol oynayacaq. Biz bir çox sahələrdə uğurlu əməkdaşlıq edirik. Şadam ki, ticarət dövriyyəsi artır. Şadam ki, Azərbaycan Gürcüstana sərmayə qoyan ölkələrin arasında birinci yeri tutur. 2012-ci ildən biz bu birinciliyi saxlayırıq. Bu, onu göstərir ki, ölkənizdə çox gözəl sərmayə iqlimi var. Bu, eyni zamanda, onu göstərir ki, bizim əlaqələrimiz çox yüksək səviyyədədir. Əlbəttə, bizi birləşdirən bir çox önəmli qlobal layihələr var. Biz keçən ilin oktyabr ayında sizinlə bərabər onlardan birinin açılışını qeyd etdik – Bakı-Tbilisi-Qars. Bu il Cənubi Qafqaz qaz kəmərinin, TANAP layihəsinin istifadəyə verilməsi nəticəsində əməkdaşlığımız daha da yüksək pilləyə qalxacaq. Yəni, bizim əməkdaşlığımız hətta regional formatdan çıxıb qlobal müstəviyə qalxır. Bütün bu uğurlu addımların təməlində bizim dostluğumuzdur, qardaşlığımızdır. Məhz həmin münasibətlər əminəm ki, bundan sonra da xalqlarımızın maraqlarına xidmət edəcək. Bir daha sizi salamlayıram. Əminəm ki, səfəriniz çox uğurlu olacaq və səfərin çox yaxşı nəticələri olacaq. MORE:http://bit.ly/2GlgRYX
 
XİN prezident seçkiləri ilə əlaqədar Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqlarında görülən işlərə dair məlumat yayıb
Bakı, 12 mart, AZƏRTAC Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqlarında Azərbaycan Respublikası Prezidenti seçkilərinin təşkili məqsədilə gücləndirilmiş rejimdə zəruri tədbirlər görülür. Bununla əlaqədar olaraq, Xarici İşlər Nazirliyinin (XİN) müvafiq idarələrinin əməkdaşlarından ibarət işçi qrup yaradılıb və Mərkəzi Seçki Komissiyası ilə əlaqələndirilmiş şəkildə iş aparılır. AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin prezident seçkilərinə hazırlıq işləri ilə bağlı açıqlamasında məlumat verilir. Qeyd edilir ki, Seçki Məcəlləsinin 2.3.-cü maddəsinə əsasən, Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqları seçkilərin və referendumun keçirilməsi zamanı Azərbaycandan kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Konstitusiyasının 3-cü və 56-cı maddələrində nəzərdə tutulan (seçki) hüquqlarının həyata keçirilməsinə kömək göstərməlidirlər. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 fevral tarixli 532 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin 4.12.-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları konsul dairəsində yaşayan və (və ya) müvəqqəti olan Azərbaycan Respublikası vətəndaşlarına seçki hüquqlarını həyata keçirmələrinə kömək göstərir. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 35.6.-cı maddəsinə əsasən, səsvermə günü xarici dövlətlərdə olan seçicilərin səs verməsi və səslərinin hesablanması üçün seçki məntəqələri seçicilərin olduğu ərazilərdə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və ya konsul idarələrinin rəhbərləri tərəfindən konsul qeydiyyatına durmuş seçicilərin sayı 50-dən artıq olduqda səsvermə gününə azı 30 gün qalmış yaradılır. Bununla əlaqədar, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 27 iyun 2003-cü il tarixli 4/25 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikası Prezidentinin seçkilərinin və referendumun təşkili haqqında Təlimat” mövcuddur. Mərkəzi Seçki Komissiyasının təşəbbüsü əsasında Azərbaycan Respublikası Prezidenti seçkilərinin təşkili ilə əlaqədar metodik təcrübə mübadiləsi məqsədilə martın 13-də Xarici İşlər Nazirliyində Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti, Xarici İşlər Nazirliyinin tərkibindəki sözügedən işçi qrupun üzvlərinin iştirakı ilə təlimin keçirilməsi nəzərdə tutulub. Hazırda Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqlarında konsulluq qeydiyyatında olan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının – aktiv seçki hüququna malik seçicilərin sayı barədə məlumatlar XİN tərəfindən Mərkəzi Seçki Komissiyasına təqdim edilib. Azərbaycan Respublikasının 32 ölkədə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarında 41 məntəqədə seçki məntəqəsi yaradılması planlaşdırılır.
 
Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Bakı, 13 fevral, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxelenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, Prezident İlham ƏLİYEV nümayəndə heyətini salamlayaraq dedi: -Xoş gəlmisiniz. Sizi görməyimə çox şadam. Almaniyadan belə böyük nümayəndə heyətini görməyə çox məmnunam. Əminəm ki, ölkəmizə çox məhsuldar və maraqlı səfəriniz olacaq. Sizin səfəriniz onu nümayiş etdirir ki, ölkələrimizin biznes dairələrində qarşılıqlı maraq var və biz yeni layihələr və yeni ideyalar haqqında düşünməliyik. İndiyədək alman şirkətləri Azərbaycanda infrastruktur və inşaat sahəsində vacib layihələr həyata keçirib. Həmçinin bizim müasir zavodlarımız istehsalatda Almaniya avadanlığından istifadə edir. Buna görə də müxtəlif sahələrdə iqtisadi əməkdaşlığımızın artırılması üçün böyük potensial var. Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. Ötən il və bu il biz çox yaxşı nəticələr göstərmişik. İqtisadiyyatımız daha da çox rəqabətqabiliyyətli olub. Davos İqtisadi Forumunun sonuncu qiymətləndirməsinə əsasən Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 35-ci yerdə qərarlaşıb. İnkişaf etməkdə olan ölkələr arasında inklüziv inkişaf indeksinə gəldikdə, Azərbaycan 3-cü yerdədir. Beləliklə, bu, həqiqətən də islahatların aparılmasını nümayiş etdirir. Əlbəttə ki, bizim ixrac etdiyimiz çoxlu enerji resurslarımız var və bu ildən başlayaraq Cənub Qaz Dəhlizi ilə əlaqədar olaraq biz onları daha da çox ixrac edəcəyik. Lakin bizim əsas prioritetimiz bizə iqtisadiyyatımızı şaxələndirməyə və neft-qazdan asılılığı azaltmağa imkan yaradan qeyri-enerji sektorudur. Qeyri-enerji sektorunda yanvar ayında iqtisadiyyatımızda demək olar ki, dörd faizlik artım müşahidə olunub və qeyri-neft sektorunda sənaye istehsalı 8,7 faiz artıb. Beləliklə, bu, islahatları çox yaxşı əks etdirir, xüsusilə şaxələndirmə ilə bağlı olaraq. Alman şirkətləri ilə əməkdaşlığımız əsasən qeyri-enerji sektorunda aparılır. Bu da hər iki tərəf üçün yaxşı bir haldır. Əlbəttə, mən ümid edirəm ki, səfərinizdən sonra yaxşı əməli nəticələr olacaq və biz daha da fəal iqtisadi əməkdaşlıq aparacağıq. MORE:http://bit.ly/2EodUch
 
Qazaxıstan Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Türkiyəyə növbəti yük qatarını göndərib
Bakı, 13 fevral,AZƏRTAC Qazaxıstan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu vasitəsilə Türkiyəyə növbəti yük qatarını göndərib. AZƏRTAC “Kazinform” agentliyinə istinadla xəbər verir ki, 1,5 min ton buğda 72 konteynerlə Qazaxıstanın Kustanay stansiyasından Türkiyənin Mersin limanına yola salınıb. Bildirilib ki, BTQ vasitəsilə gələcəkdə Türkiyəyə mərci, noxud və digər bitkilərin göndərilməsi nəzərdə tutulub. Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ilin oktyabr ayında fəaliyyətə başlayıb. Rəsmi açılış mərasimi oktyabrın 30-da keçirilib.
 
<< Başlat < Önceki 1 2 3 4 5 6 7 8 9 10 Sonraki > Son >>

Sayfa 9 > 1734
  TKA 2008