TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
"MOLLA NƏSRƏDDİN-AZƏRBAYCAN 2009" BEYNƏLXALQ MÜSABİQƏSİ BAŞLAMIŞDIR

AzərTAc xəbər verir ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının (FEKO), Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin dəstəyi və təşkilatçılığı ilə 2-ci "Molla Nəsrəddin - Azərbaycan 2009" Beynəlxalq karikatura müsabiqəsinə start verilmişdir.
"Dünyada neftin əhəmiyyəti" mövzusunda keçirilən müsabiqənin məqsədi dünya ictimaiyyətinin diqqətini müsəlman Şərqində ilk satirik jurnal olan "Molla Nəsrəddin"ə, onun 103 illik fəaliyyətinə yönəltməkdir. Müsabiqənin şəffaflığına və obyektivliyinə zəmanət verən 12 nəfərdən ibarət münsiflər heyətinin tərkibinə müxtəlif ölkələrin karikatura təşkilatlarının rəhbərləri, tanınmış karikaturaçılar və ekspertlər daxildir.
Gələn il aprelin 7-də, "Molla Nəsrəddin" jurnalının ilk nömrəsinin nəşr olunduğu gün yekun vurulacaq müsabiqəyə göndərilən karikaturalar arasından seçiləcək 150 ən yaxşı əsər sərgidə nümayiş olunacaq və kataloq şəklində nəşr etdiriləcəkdir.

 
ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİNİN BÖLMƏLƏRİ AĞDAM VƏ FÜZULİDƏ ATƏŞKƏSİ POZMUŞLAR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri dekabrın 15-də saat 00.35-dən 00.40-dək və 5.00-dan 5.30-dək fasilələrlə Ağdam rayonunun Yusifcanlı, Sarıcalı və Çəmənli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 2.20-dən 2.40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.
 
TOXUCULUQ VƏ TİKİŞ SAHƏSİNDƏ ÖZƏLLƏŞDİRİLMİŞ MÜƏSSİSƏLƏRİN NÜMAYƏNDƏLƏRİ TÜRKİYƏDƏ OLMUŞLAR

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, "Toxuculuq və tikiş sahəsində özəlləşdirilmiş müəssisələrin dəstəklənməsi" layihəsi çərçivəsində özəlləşdirilmiş müəssisələrin - "Azərxüsusisənayeinvest" QSC-nin, "Bakı-Əyirici-Toxucu", "Şəki-İpək", "Sumqayıt Xovlu İplik", "Bakıxanov Tikiş", "Bakıxanov trikotaj", "Gəncə Toxuculuq", "Quba Xalça", "Nazim" Ltd səhmdar cəmiyyətlərinin nümayəndələri İstanbulda səfərdə olmuşlar.
Səfərin məqsədi tekstil sənayesinin müxtəlif sahələrində fəaliyyət göstərən müəssisələrdə müasir menecment və marketinq, istehsal proseslərinin yenidən təşkili, müasir texnologiyalar (nou-hau), məhsulların saxlanılması, keyfiyyətə nəzarət və s. sahələrdə yeni təcrübənin öyrənilməsi və tətbiqi idi.
Səfər çərçivəsində Türkiyənin Modern Halı - Gümüş Suyu, Ünallar Tekstil, Türkay Tekstil, Kırcılar Dəri, Ak-Kim Kimya və Tekstil Köməkçi Maddələri, Er-Sur Akrilik Elyaf və Altınyıldız Hazırgeyim Fabrikaları səhmdar cəmiyyətlərinin fəaliyyət prinsipləri və təcrübələri öyrənilmişdir.
Eyni zamanda, toxuculuq və tikiş sahəsində Türkiyə şirkətlərinin təcrübələrinin öyrənilməsi məqsədi ilə seminar və diskussiyalar təşkil edilmişdir.

 
AZƏRBAYCAN İLƏ İSRAIL ARASINDA İNFORMASİYA-KOMMUNİKASİYA TEXNOLOGİYALARI SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞA DAİR SAZİŞ İMZALANACAQDIR

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AzəTAc-a bildirmişlər ki, Azərbaycan ilə İsrail arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlığa dair saziş imzalanacaqdır.
Hazırda tərəflər sazişin ilkin variantını nəzərdən keçirilər.
İsrailin İKT sahəsində aparıcı şirkətləri Azərbaycana sərmayə qoyulmasında iştirak etmək istəyirlər. Onlar əsasən telekommunikasiya sahəsinə, kabel televiziyası, "elektron hökumət", DATA və CALL mərkəzlərin yaradılmasına maraq göstərirlər.

 
AZƏRBAYCANDA İNTERNETDƏN İSTİFADƏNİN VƏ XİDMƏTLƏRİN SƏVİYYƏSİ YÜKSƏLMİŞDİR

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AzərTAc-a bildirmişlər ki, 2003-2008-ci illərdə Azərbaycanda internetdən istifadənin və xidmətlərin səviyyəsi yüksəlmişdir.
Qlobal internet şəbəkəsinə giriş-çıxış həcmi təqribən 40 dəfə artaraq 6 Gb/s.-ni ötmüş və nəticədə ölkəmizdən beynəlxalq internet şəbəkəsinə informasiya ixracının həcmi 25 dəfə, idxalın həcmi isə 17 dəfə artmışdır. İnternetdən istifadə qiymətləri 7 dəfə ucuzlaşmış, internet istifadəçilərinin sayı təqribən 3 dəfə artmışdır.
Respublikada fəaliyyət göstərən provayderlərin sayı təqribən 3 dəfə artaraq 30-u keçmişdir. "AZ" domeni zonasındakı saytların sayı təqribən 5 dəfə artaraq 7 mindən çox olmuşdur.

 
<< Başlat < Önceki 1731 1732 1733 1734 1735 1736 1737 1738 1739 1740 Sonraki > Son >>

Sayfa 1731 > 1744
  TKA 2008