TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
GÖRKƏMLİ TARİXÇİ VƏ ŞƏRQŞÜNAS ERİX FAYQLIN İPƏK YOLU ODLAR YURDUNDAN KEÇƏRƏK - AZƏRBAYCAN TARİXİ KİTABI AVSTRİYADA NƏŞR OLUNMUŞDUR

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, avstriyalı tarixçi, görkəmli şərqşünas, professor Erix Fayqlın (1931-2007) "İpək Yolu Odlar Yurdundan keçərək - Azərbaycan tarixi" kitabı Avstriyada alman dilində işıq üzü görmüşdür.
Nüfuzlu "Amalthea" nəşriyyatında nəfis tərtibatda hazırlanmış kitabda mərhum alimin ömrünün son illərində Azərbaycan tarixi ilə bağlı apardığı araşdırmalar öz əksini tapmışdır.
Kitab professor Erik Fayqlın yaxın dostu, yazıçı-alim, publisist, professor Adolf Opel tərəfindən üzərində tamamlama işləri aparılaraq nəşr edilmişdir.
1995-ci ildən etibarən Azərbaycana mütəmadi tədqiqat səfərləri edən, qaçqın düşərgələri və cəbhə xəttində vəziyyətlə yaxından tanış olan, müxtəlif ölkələrdə mövzu ilə bağlı araşdırmalar aparan E.Fayql kitabda arxiv sənədləri və fotomateraillara da geniş yer vermişdir.
Azərbaycan tarixinin ən mühüm dövrlərini özündə əks etdirən əsərin əsas fəsli Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuşdur. Fəsildə ən qədim dövrlərdən xanlıqlar dövrünədək Qarabağın tarixi, ermənilərin ilk dəfə bu ərazilərə kütləvi şəkildə köçürülməsi, bədnam "Böyük Ermənistan" xülyasının kökləri, müxtəlif terrorçu təşkilatların sayəsində erməni millətçilərinin bu istiqamətdə apardığı fəaliyyət, XX əsrin müxtəlif zaman kəsiklərində Azərbaycan xalqına qarşı törətdikləri soyqırımları və torpaqların qəsb edilməsi tarixi faktlar əsasında təsvir edilir. Eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ötən əsrin 90-cı illərindən 2006-cı ilədək, müfəssəl xronoloji ardıcıllıq gözlənilməklə, oxucuların diqqətinə çatdırılır. Kitabda, həmçinin Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində münaqişənin sülh yolu ilə həllinə çalışması qeyd edilir.
Kitabın digər fəsillərində Azərbaycan tarixinin əsas məqamları önə çəkilir: Qobustan, Azərbaycan dilinin tarixi, Babək, müasir Azərbaycan, Azərbaycan mədəniyyət tarixi və s. mövzular öz dolğunluğu ilə fərqlənir.
Kitabda son iki onillikdə kiçik postsovet ölkəsindən yerləşdiyi regionun geosiyasi səhnəsində aparıcı rol oynayan dövlətə çevrilmiş Azərbaycanda gedən inkişafdan da geniş söz açılır. Avropa və Asiyanın qovuşduğu nöqtədə yerləşən Azərbaycanın Prezident İlham Əliyevın rəhbərliyi ilə, öz milli mənəvi dəyərlərini unutmadan, Avropanın taleyi ilə sıx bağlı bir gələcəyə doğru inamla irəlilədiyi qeyd edilir.
Avropada Azərbaycan tarixinə dair ilk fundamental əsər olan, tutarlı mənbələrə söykənən və oxunaqlı "İpək Yolu Odlar Yurdundan keçərək - Azərbaycan tarixi" kitabı sayəsində avropalı oxucular Azərbaycan tarixi və həqiqətləri barədə zəngin məlumatlar əldə edə biləcəklər.
Qeyd edək ki, nəşriyyatın payız kataloqunda elan edilən kitab avropalı oxucularda böyük maraq doğurmuş və nəşr olunanadək nəşriyyata yüzlərlə sifariş daxil olmuşdur.

 

 
SORĞUNUN QALİBİ YENİ ZELANDİYANİN "SUMATO ENERGY GROUP LİMİTED" ŞİRKƏTİ OLMUŞDUR
Xəbər verildiyimiz kimi, dekabrın 10-da ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2009-cu il yanvarın 20-25-də Ceyhan limanından 1 milyon barrel həcmində Azeri Light markalı xam neft partiyasının ixracına dair marketinq sorğusu elan etmişdi.
Sorğunun nəticələrinə əsasən, Yeni Zelandiyanın "Sumato Energy Group Limited" şirkəti qalib sayılmışdır.
 
ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİNİN BÖLMƏLƏRİ ATƏŞKƏSİ POZMUŞLAR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri dekabrın 15-də saat 15.40-dan 16.00-dək, 23.50-dən gecə yarısınadək və dekabrın 16-da saat 02.00-dan 02.10-dək Berd rayonunun Çinarlı kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi kəndi ərazisində yerləşən mövqelərinə atəş açmışlar. Düşmən saat 20.30-dan 20.35-dək Xocavənd rayonunun Kuropatkino, saat 21.20-dən 21.45-dək isə Tərtərin Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən milli ordumuzun üzbəüz mövqelərini avtomat və iriçaplı pulemyotlardan atəşə tutmuşlar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.
 
BAKIDA “DƏMİRYOL NƏQLİYYATI SAHƏSİNDƏ BEYNƏLXALQ KONVENSİYALAR, OTİF-Ə ÜZVLÜK VƏ COTİF REJİMLƏRİ” MÖVZUSUNDA SEMİNAR İŞİNƏ BAŞLAMIŞDIR
AzərTAc xəbər verir ki, dekabrın 16-da Nəqliyyat Nazirliyində qurumun Dəmir yolu ilə Beynəlxalq Daşımalar üzrə Hökumətlərarası Təşkilat (OTİF) ilə birgə təşkil etdiyi “Dəmiryol nəqliyyatı sahəsində beynəlxalq Konvensiyalar, OTİF-ə üzvlük və COTİF rejimləri” mövzusunda seminar işinə başlamışdır. İki gün davam edəcək seminarda Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərinin tam gücü ilə fəaliyyətə başlaması, xüsusilə Bakı–Tbilisi–Qars dəmiryolu layihəsinin istismara verilməsi ərəfəsində ölkəmizin təşkilata üzv olması və digər əhəmiyyətli məsələlərin müzakirə ediləcəyi nəzərdə tutulur. Azərbaycan Respublikasının OTİF-ə üzv olmasının qanunvericilik, texniki uyğunlaşdırma, sərhəd proseduralarının sadələşdirilməsi və digər bu kimi təşkilati-hüquqi tədbirlərin təmin olunmasını nəzərdə tutan bir sıra məsələlərin əhatə olunacağı tədbirdə Nəqliyyat Nazirliyinin, Azərbaycan Dövlət Dəmir Yolunun nümayəndələri ilə yanaşı, Nazirlər Kabinetinin, Xarici İşlər, İqtisadi İnkişaf, Maliyyə nazirliklərinin, həmçinin Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak edir.
 
“ŞAHDƏNİZ-2” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ HASİL EDİLƏCƏK QAZIN SATIŞI İLƏ BAĞLI DANIŞIQLAR APARILIR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev AzərTAc-a bildirmişdir ki, 2009-cu ildə Azərbaycan Gürcüstana 452 milyon kubmetr qaz ixrac edəcəkdir. Rövnəq Abdullayev demişdir ki, “Şahdəniz-2” layihəsi çərçivəsində hasil ediləcək mavi yanacağın satışı ilə bağlı dünyanın bir sıra iri qaz şirkətləri ilə danışıqlar aparılır. ARDNŞ prezidenti onu da əlavə etmişdir ki, 2010-cu ilədək Gürcüstanda qaz satışının 80-85 faizini Dövlət Neft Şirkəti həyata keçirəcəkdir. Gürcüstanın 29 qaz satış şəbəkəsinin Azərbaycan Dövlət Neft Şirkətinə verildiyini deyən Rövnəq Abdullayev bildirmişdir ki, rəsmi Bakı 2009-cu ildə bu ölkəyə 452 milyon kubmetr qaz ixrac edəcəkdir.
 
<< Başlat < Önceki 1731 1732 1733 1734 1735 1736 1737 1738 1739 1740 Sonraki > Son >>

Sayfa 1734 > 1750
  TKA 2008