TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
BAKIDA DƏNİZ TERRORÇULUĞUNA QARŞI ƏMƏLİYYAT TƏLİM KURSU KEÇİRİLİR

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, dekabrın 15-dən 19-dək Bakıda dəniz terrorçuluğuna qarşı əməliyyat təlimi kursu, dekabrın 15-dən 20-dək ABŞ dəniz piyadalarının növbəti çavuş hazırlığı kursu keçirilir.
Cari il dekabrın 24-dən 2009-cu il yanvarın 10-dək Bolqarıstanın Varna şəhərində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmidə gəzinti təşkil olunacaqdır.
Əməkdaşlıq planına uyğun olaraq, tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

 
“BEYNƏLXALQ DADAŞ FİLM KİNOFESTİVALI” BAŞA ÇATMIŞDIR

AzərTAc xəbər verir ki, Türkiyənin Ərzurum şəhərində keçirilən "Beynəlxalq Dadaş Film Kinofestivalı" başa çatmışdır. Dost ölkənin görkəmli kino xadimi Dadaşın xatirəsinə həsr olunmuş və onun qızı Nil Gülpinarın təşəbbüsü ilə keçirilmiş festivalda Azərbaycandan xalq yazıçısı Anar, xalq artistləri Tofiq İsmayılov, Rasim Balayev, Ramiz Əzizbəyli, Türkiyədən Fatma Kırık, Bulud Aras, Meral Konrat, Tatarıstandan Bolat Mansurov, Özbəkistandan Şöhrət Abbasov, Türkmənistandan Xocaqulu Narlıyev və Maya Aymedova kimi türk dünyasının tanınmış kinematoqrafçılar təmsil olunmuşlar.
Festival günlərində Həsən Seyidbəylinin "Nəsimi", Tofiq Tağızadənin "Dədə Qorqud", Rasim Ocaqovun "Təhminə", "Otel otağı", Tofiq İsmayılovun "Mən mahnı oxuyuram" və Ramiz Əzizbəylinin "Yalan" filmləri böyük maraqla qarşılanmışdır.

 
"MOLLA NƏSRƏDDİN-AZƏRBAYCAN 2009" BEYNƏLXALQ MÜSABİQƏSİ BAŞLAMIŞDIR

AzərTAc xəbər verir ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının (FEKO), Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin dəstəyi və təşkilatçılığı ilə 2-ci "Molla Nəsrəddin - Azərbaycan 2009" Beynəlxalq karikatura müsabiqəsinə start verilmişdir.
"Dünyada neftin əhəmiyyəti" mövzusunda keçirilən müsabiqənin məqsədi dünya ictimaiyyətinin diqqətini müsəlman Şərqində ilk satirik jurnal olan "Molla Nəsrəddin"ə, onun 103 illik fəaliyyətinə yönəltməkdir. Müsabiqənin şəffaflığına və obyektivliyinə zəmanət verən 12 nəfərdən ibarət münsiflər heyətinin tərkibinə müxtəlif ölkələrin karikatura təşkilatlarının rəhbərləri, tanınmış karikaturaçılar və ekspertlər daxildir.
Gələn il aprelin 7-də, "Molla Nəsrəddin" jurnalının ilk nömrəsinin nəşr olunduğu gün yekun vurulacaq müsabiqəyə göndərilən karikaturalar arasından seçiləcək 150 ən yaxşı əsər sərgidə nümayiş olunacaq və kataloq şəklində nəşr etdiriləcəkdir.

 
ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİNİN BÖLMƏLƏRİ AĞDAM VƏ FÜZULİDƏ ATƏŞKƏSİ POZMUŞLAR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri dekabrın 15-də saat 00.35-dən 00.40-dək və 5.00-dan 5.30-dək fasilələrlə Ağdam rayonunun Yusifcanlı, Sarıcalı və Çəmənli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 2.20-dən 2.40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.
 
TOXUCULUQ VƏ TİKİŞ SAHƏSİNDƏ ÖZƏLLƏŞDİRİLMİŞ MÜƏSSİSƏLƏRİN NÜMAYƏNDƏLƏRİ TÜRKİYƏDƏ OLMUŞLAR

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, "Toxuculuq və tikiş sahəsində özəlləşdirilmiş müəssisələrin dəstəklənməsi" layihəsi çərçivəsində özəlləşdirilmiş müəssisələrin - "Azərxüsusisənayeinvest" QSC-nin, "Bakı-Əyirici-Toxucu", "Şəki-İpək", "Sumqayıt Xovlu İplik", "Bakıxanov Tikiş", "Bakıxanov trikotaj", "Gəncə Toxuculuq", "Quba Xalça", "Nazim" Ltd səhmdar cəmiyyətlərinin nümayəndələri İstanbulda səfərdə olmuşlar.
Səfərin məqsədi tekstil sənayesinin müxtəlif sahələrində fəaliyyət göstərən müəssisələrdə müasir menecment və marketinq, istehsal proseslərinin yenidən təşkili, müasir texnologiyalar (nou-hau), məhsulların saxlanılması, keyfiyyətə nəzarət və s. sahələrdə yeni təcrübənin öyrənilməsi və tətbiqi idi.
Səfər çərçivəsində Türkiyənin Modern Halı - Gümüş Suyu, Ünallar Tekstil, Türkay Tekstil, Kırcılar Dəri, Ak-Kim Kimya və Tekstil Köməkçi Maddələri, Er-Sur Akrilik Elyaf və Altınyıldız Hazırgeyim Fabrikaları səhmdar cəmiyyətlərinin fəaliyyət prinsipləri və təcrübələri öyrənilmişdir.
Eyni zamanda, toxuculuq və tikiş sahəsində Türkiyə şirkətlərinin təcrübələrinin öyrənilməsi məqsədi ilə seminar və diskussiyalar təşkil edilmişdir.

 
<< Başlat < Önceki 1731 1732 1733 1734 1735 1736 1737 1738 1739 1740 Sonraki > Son >>

Sayfa 1736 > 1749
  TKA 2008