TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
AZƏRBAYCAN İLƏ İSRAIL ARASINDA İNFORMASİYA-KOMMUNİKASİYA TEXNOLOGİYALARI SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞA DAİR SAZİŞ İMZALANACAQDIR

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AzəTAc-a bildirmişlər ki, Azərbaycan ilə İsrail arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlığa dair saziş imzalanacaqdır.
Hazırda tərəflər sazişin ilkin variantını nəzərdən keçirilər.
İsrailin İKT sahəsində aparıcı şirkətləri Azərbaycana sərmayə qoyulmasında iştirak etmək istəyirlər. Onlar əsasən telekommunikasiya sahəsinə, kabel televiziyası, "elektron hökumət", DATA və CALL mərkəzlərin yaradılmasına maraq göstərirlər.

 
AZƏRBAYCANDA İNTERNETDƏN İSTİFADƏNİN VƏ XİDMƏTLƏRİN SƏVİYYƏSİ YÜKSƏLMİŞDİR

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AzərTAc-a bildirmişlər ki, 2003-2008-ci illərdə Azərbaycanda internetdən istifadənin və xidmətlərin səviyyəsi yüksəlmişdir.
Qlobal internet şəbəkəsinə giriş-çıxış həcmi təqribən 40 dəfə artaraq 6 Gb/s.-ni ötmüş və nəticədə ölkəmizdən beynəlxalq internet şəbəkəsinə informasiya ixracının həcmi 25 dəfə, idxalın həcmi isə 17 dəfə artmışdır. İnternetdən istifadə qiymətləri 7 dəfə ucuzlaşmış, internet istifadəçilərinin sayı təqribən 3 dəfə artmışdır.
Respublikada fəaliyyət göstərən provayderlərin sayı təqribən 3 dəfə artaraq 30-u keçmişdir. "AZ" domeni zonasındakı saytların sayı təqribən 5 dəfə artaraq 7 mindən çox olmuşdur.

 
BAKIDA DƏNİZİN ÇİRKLƏNDİRİLMƏSİNİN QARŞISININ ALINMASINA HƏSR OLUNMUŞ REGİONAL KONFRANS KEÇİRİLƏCƏKDİR

AzərTAc xəbər verir ki, dekabrın 15-dən 17-dək Bakıda "Hyatt Regensi-Naxçıvan" mehmanxanasında Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Beynəlxalq Dəniz Təşkilatı ilə birgə təşkil etdiyi "Dənizin çirkləndirilməsinin qarşısının alınması, təmiz, şəffaf və saf şəkildə gələcək nəsillərə çatdırılması" mövzusunda regional konfrans keçiriləcəkdir.
Konfransda dənizin çirkləndirilməsinin qarşısının alınması barədə London Konvensiyasının, bu səhədə qüvvədə olan digər mühüm normativ sənədlərin tələblərindən irəli gələn vəzifələrin icrası vəziyyəti müzakirə olunacaqdır.
Tədbirdə Beynəlxalq Dəniz Təşkilatının ekspertləri, Xəzər və Qara dəniz ətrafı dövlətlərin, o cümlədən Azərbaycanın əlaqədar strukturlarının nümayəndələri iştirak edəcəklər.

 
AZƏRBAYCAN DAHA SƏKKİZ “ BOEING ” TƏYYARƏSİ ALMAĞI PLANLAŞDIRIR

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov AzərTAc-a bildirmişdir ki, ölkənin mülki aviasiya parkının 90 faizini ən müasir laynerlər təşkil edir.
A.Məmmədov demişdir ki, yaxın 3 ildə ölkənin aviasiya parkı ən müasir təyyarələrlə yenilənəcəkdir: "Hazırda aviasiya parkında keçmiş sovet istehsalı olan 2-3 təyyarədən istifadə olunur. Yaxın 3 il ərzində ölkəyə daha 8 "Boeing" gətiriləcəkdir. Bununla da, sovet texnikasından tam imtina olunacaqdır".
A.Məmmədov onu da bildirmişdir ki, Azərbaycanda mülki aviasiya təhlükəsizliyinə tam riayət olunur. Bu sahədə Azərbaycan MDB məkanında qabaqcıl yerlərdən birini tutur.

 
ÇAĞDAŞ AZƏRBAYCAN ŞEİRİ TÜRKİYƏDƏ

AzərTAc xəbər verir ki, Türkiyədə "Çağdaş Azərbaycan şeiri" antologiyası nəşr edilmişdir.
Toplu Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "Gənc yazarlara dəstək" layihəsi çərçivəsində çap olunmuşdur.
Layihənin rəhbəri DGTYB-nin sədri Əkbər Qoşalıdır.
Nəfis tərtibatla oxuculara təqdim olunan antologiya Avrasiya Yazarlar Birliyinin nəzdində fəaliyyət göstərən "Bəngü" nəşriyyat evində çap olunmuşdur. Topluya qırx üç azərbaycanlı şairin şeirləri daxil edilmişdir.
Şeirləri Türkiyə türkcəsinə Rəsmiyyə Sabir, Oqtay Hacımusalı və Namiq Hacıheydərli çevirmişlər.
DGTYB 2009-cu ildə antologiyanın ikinci cildini nəşr etməyi planlaşdırır.

 
<< Başlat < Önceki 1731 1732 1733 1734 1735 1736 1737 1738 1739 1740 Sonraki > Son >>

Sayfa 1737 > 1749
  TKA 2008