TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
2009-CU İL ÜÇÜN YAŞAYIŞ MİNİMUMU MÜƏYYƏN EDİLMİŞDİR

AzərTAc xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə 2009-cu il üçün yaşayış minimumu haqqında qanunu təsdiq etmişdir.
Qanuna əsasən gələn il üçün Azərbaycan Respublikasında yaşayış minimumu 84 manat, o cümlədən əməkqabiliyyətli əhali üçün 92 manat, pensiyaçılar üçün 65 manat, uşaqlar üçün 69 manat müəyyən edilmişdir.

 

 
GƏLƏN İL ÜÇÜN AZƏRBAYCANDA EHTİYAC MEYARI 60 MANAT TƏSDİQ EDİLMİŞDİR

AzərTAc xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında 2009-cu il üçün ehtiyac meyarının həddi haqqında qanunu təsdiq etmişdir.
Gələn il yanvarın 1-dən qüvvəyə minəcək qanuna əsasən bu meyarın həddi 60 manat məbləğində təsdiq olunmuşdur.

 
ÖTƏN 11 AYDA ARDNŞ-İN EMAL KOMPLEKSİNDƏ 6 MİLYON 700 MİN TONDAN ÇOX NEFT EMAL OLUNMUŞDUR

AzərTAc xəbər verir ki, cari ilin 11 ayında Azərbaycan Respublikasi Dövlət Neft Şirkətinin (ARDNŞ) emal kompleksində 6 milyon 746,01 min ton neft emal olunmuşdur.
Cari ilin noyabrında isə neft emalı zavodlarında 628,58 min ton məhsul istehsal edilmişdir.
Ötən ay 139,59 min ton avtomobil benzini (11 ayda 1183, 24 min ton), 19,62 min ton kimya sənayesi üçün ilkin benzin fraksiyası (11 ayda 252, 40 min ton), 216,14 min ton dizel yanacağı (11 ayda 2198,59 min ton), 93,39 min ton əmtəəlik soba mazutu (11 ayda 1046,57 min ton), 22,93 min ton neft bitumu (198,24 min ton), 14,62 min ton neft koksu (11 ayda 167,65 min ton), 1,44 min ton sürtkü yağı ( 11 ayda 48,87 min ton), 16,54 min ton maye qaz (11 ayda 169,52 min ton), 1,46 min ton DT markalı mühərrik yanacağı (11 ayda 87,71 min ton) emal olunmuşdur.

 

 
KİMSE YOK MU YARDIM DƏRNƏYİ BAKIDA 2 MİN 400 AİLƏNİ SEVİNDİRMİŞDİR

AzərTAc xəbər verir ki, Türkiyənin əsas yardım qurumlarından biri olan "Kimse Yok Mu" dərnəyi bu il də Qurban bayramı münasibətilə Azərbaycanda yoxsul ailələri sevindirmişdir.
Dərnəyin bir qrup təmsilçisi Azərbaycanda 2 min 400 ailəyə qurban əti paylamışdır. Qrupun rəhbəri Xıdır Hakan bildirmişdir ki, Bakıda kəsilən qurbanlıq heyvanların əti bələdiyyələrin təşkilatçılığı ilə müəyyənləşdirilmiş ünvanlara çatdırılmışdır.
Qurban payları əsasən qaçqın və məcburi köçkün ailələrinə paylanmışdır.

 

 
BANK RESPUBLİKA AVROPA YENİDƏNQURMA VƏ İNKİŞAF BANKI İLƏ MÜQAVİLƏ İMZALAMIŞDIR

AzərTAc xəbər verir ki, Londonda "Bank Respublika" ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında yeni kredit müqaviləsi imzalanmışdır.
7 illiyə bağlanmış müqavilə üzrə ayrılmış 10 milyon ABŞ dolları respublikada ipoteka kreditləşməsinə sərf olunacaqdır. Həmçinin bankın resurs bazası diversifikasiya olunacaqdır.
"Bank Respublika" AYİB ilə 2004-cü ildən əməkdaşlıq edir. İndiyədək iki qurum arasında biznesin kreditləşməsi və ticarətin maliyyələşdirilməsi üzrə ümumi məbləği 52 milyon ABŞ dolları olan müxtəlif müqavilələr imzalanmışdır.
Hazırda Bakıda və regionlarda "Bank Respublika"nın 30 filialı və şöbəsi fəaliyyət göstərir.

 
<< Başlat < Önceki 1741 1742 1743 1744 1745 1746 1747 1748 1749 1750 Sonraki > Son >>

Sayfa 1743 > 1750
  TKA 2008