TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



"TransCaspian/Translogistica" 2017 sərgisində AZƏRTAC da öz stendi ilə təmsil olunur
Bakı, 26 aprel, AZƏRTAC Bakı Ekspo Mərkəzində keçirilən XVI Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika "TransCaspian/Translogistica" 2017 sərgisində AZƏRTAC da öz stendi ilə təmsil olunur. AZƏRTAC-ın stendi ilə tanış olan ziyarətçilərə Azərbaycanın nəqliyyat sahəsi, ulu öndər Heydər Əliyevin nəqliyyatın inkişafı strategiyası, Prezident İlham Əliyevin bu sahədə uğurla reallaşdırdığı layihələr barədə ətraflı məlumat verilir. Sərgi iştirakçıları, həmçinin 7 dildə xəbər yayan AZƏRTAC-ın öz məhsullarını mətn, infoqrafika, video, audio-slaydşou və fotolent formalarında dünya informasiya məkanında yayması barədə də məlumatlandırılırlar. Stenddə AZƏRTAC-ın müxtəlif illərdə hazırladığı çap və foto məhsulları, həmçinin OANA-ya sədrlik etməsi ilə bağlı məlumatlar yerləşdirilib. Ənənəvi olaraq hər il keçirilən "TransCaspian/Translogistica" sərgisinin media tərəfdaşı olan AZƏRTAC-ın ekspozisiyasındakı nəşrlər, informasiyanın istehsalı və yayılması sahəsində texniki imkanları sərgi iştirakçıları tərəfindən maraqla qarşılanır.
 
  TKA 2008