TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Yaşar Güler: Üçtərəfli formatda əməkdaşlığın inkişafı bizi son dərəcə məmnun edir
Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli formatda əməkdaşlığın inkişafı bizi son dərəcə məmnun edir. AZƏRTAC xəbər verir ki, bunu noyabrın 21-də Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler Bakıda keçirilən üçtərəfli görüşün yekunlarına dair mətbuata açıqlamasında deyib. Azərbaycan müdafiə nazirinin, Türkiyə və Gürcüstan Silahlı Qüvvələri Baş Qərargah rəislərinin üçüncü üçtərəfli görüşünün Bakıda yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirən Y.Güler deyib: “Görüşdə bölgədə və dünyada sülhün, sabitliyin təmin olunmasının mühüm əhəmiyyət daşıdığı bu günlərdə yaxın regionda baş verən proseslərlə bağlı ətraflı fikir mübadiləsi apardıq. Toplantıdakı müzakirələrimizdə, eləcə də ikitərəfli görüşlərimizdə dost və qardaş ölkələrimizin mövqelərinin bir-birinə yaxın olduğu bir daha vurğulandı. Xüsusilə, regional təhlükəsizlik, qarşılıqlı əməkdaşlıq, mövcud problemlərin sülh yolu ilə həlli, ölkələrin beynəlxalq hüquq əsasında ərazi bütövlüyünün qorunması məsələlərində Türkiyə, Azərbaycan və Gürcüstan olaraq eyni mövqedəyik”. Ordu generalı Y.Güler bildirib ki, 2015-ci ildə Türkiyədə keçirilən ilk görüşdən sonra dost və qardaş ölkələrimiz arasında başlayan və gündən-günə güclənən üçtərəfli əməkdaşlıq bu gün uğurla davam etdirilir. Qonaq növbəti – dördüncü üçtərəfli görüşün Türkiyədə keçiriləcəyini bildirib, xoş arzularını diqqətə çatdırıb.
 
  TKA 2008