TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



GÜRCÜSTANDA KEÇİRİLƏN BEYNƏLXALQ ÇAY FESTİVALINDA LƏNKƏRAN ÇAYLARI MÜKAFATA LAYİQ GÖRÜLMÜŞDÜR
AzərTAc xəbər verir ki, Qafqaz Biznes və İnkişaf Şəbəkəsi, Gürcüstan Çay Assosiasiyası, Qafqaz Beynəlxalq Çay Assosiasiyası Tbilisi şəhərində Qafqaz beynəlxalq çay festivalı keçirmişlər. Tədbirdə Türkiyə, Rusiya, Azərbaycan, Gürcüstan və digər ölkələrin çaybecərənləri istehsal etdikləri məhsulları nümayiş etdirmişlər. Festivalda Lənkəranda istehsal edilmiş “Fərmançay” və “Hirkançay” quru çay növləri Gürcüstan Kənd Təsərrüfatı Nazirliyinin mükafatına layiq görülmüşdür. Qafqazda ilk dəfə keçirilən beynəlxalq tədbirdə Azərbaycan Çay Assosiasiyasının prezidenti, Lənkəran Dövlət Universitetinin kafedra müdiri, professor Fərman Quliyev çıxış etmişdir. O, Azərbaycanda aparılan aqrar islahatların və kənd təsərrüfatına dövlət dəstəyinin ölkəmizdə çayçılığın inkişafına təkan verdiyini, respublikamızın subtropik rayonlarında bu sahədə uğurlu nəticələrin qazanıldığını diqqətə çatdırmışdır.
 
  TKA 2008