TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



KİNO SAHƏSİNDƏ ÇOXTƏRƏFLİ ƏMƏKDAŞLIQ GENİŞLƏNDİRİLƏCƏKDİR
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, İtaliyanın Turin şəhərində Kiyev Təşəbbüsü Regional Proqramı çərçivəsində "Cross-Border Cinema Culture" (Sərhədyanı Kino Mədəniyyəti) layihəsi əlaqələndiricilərinin növbəti görüşü keçirilmişdir.
Ölkəmizi bu tədbirdə təmsil edən nazirliyin kinematoqrafiya şöbəsinin məsləhətçisi Aynur Əsgərova bildirmişdir ki, görüşdə əsas diqqət kino sahəsində regional və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi məsələsinə yönəldilmişdi. Azərbaycanın bu layihəyə qoşulmasının məqsədi kino və film istehsalı sahəsində beynəlxalq əlaqələri dərinləşdirmək, peşəkar treninqlərdə iştirak etmək, regional kino siyasətinin inkişafı, həmçinin bu sahədə mövcud problemlərin həlli ilə bağlı tədbirlər görməkdir.
Xatırladaq ki, 2007-ci ildən həyata keçirilən layihənın tərkibinə beş ölkə, o cümlədən Azərbaycan da daxildir.
 
  TKA 2008