TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Türkdilli Xəbər Agentlikləri Birliyi sədrinin müraciəti

- Əziz həmkarlar,

Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA) əsas məqsədi türkdilli xalqların zəngin mədəniyyətini, tarixini, müasir inkişafını geniş təbliğ etmək, onları bir-birinə daha da yaxınlaşdırmaqdır. Son illər türkdilli xalqların bir-birilərini daim dəstəklədiyinin şahidi oluruq. Xalqlarımız arasında əlaqələrin daha da intensivləşdiyi bir vaxtda TKA-nın fəaliyyətini gücləndirmək lazımdır.

TKA-nın Baş Məclisinin VII iclası 2008-ci ilin mayında AZƏRTAC-ın təşkilatçılığı ilə Bakıda keçirildi. Həmin iclasda Birliyin fəaliyyəti üçün önəmli olan bir sıra vacib qərarlar qəbul edildi, təşkilata yeni türkdilli agentliklər üzv oldu, qurumun internet saytının təqdimatı keçirildi. Həmin iclasda TKA-ya sədrlik Anadolu Agentliyindən AZƏRTAC-a keçdi.

Birliyin saytının yaradılmasında və fəaliyyətinin tənzimlənməsində Anadolu Agentliyi böyük işlər həyata keçirib. Uzun müddət portal uğurla fəaliyyət göstərib. Təəssüf ki, texniki səbəblərdən bir müddət saytın işində ləngimələr yarandı.

AZƏRTAC-ın təşəbbüsü ilə saytın fəaliyyətini yenidən bərpa etməsini məmnunluqla diqqətinizə çatdırıram. Saytın idarə edilməsi Anadolu Agentliyindən TKA-nın hazırki sədri olan AZƏRTAC-a verilib. Düşünürük ki, saytın fəaliyyətini bərpa etməklə biz — xəbər agentlikləri həm xalqlarımız, həm də dövlətlərimizin ikitərəfli münasibətlərinə böyük töhfə verəcəyik. Bu ortaq informasiya mənbəyinin uğurlu fəaliyyəti hər bir agentliyin töhfəsi sayəsində mümkündür. Saytın daha da təkmilləşdirilməsi ilə bağlı təklifləriniz ümumi işimiz üçün çox səmərəli olardı.

Dərin hörmətlə,

Aslan Aslanov
Türkdilli Xəbər Agentlikləri Birliyinin Sədri,
AZƏRTAC-ın Baş direktoru

Bakı, 13 avqust 2015-ci il

 
  TKA 2008